17 
Noy
2017
16:34
40
415
11034
Virtual karabakh

NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf seçildi - QALMAQAL + VİDEO

17 Noy, 2017
16:34
11034

NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf seçildi - QALMAQAL + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri