17 
Noy
2017
17:35
306
34
5078
Virtual karabakh

NATO baş katibi Türkiyədən üzr istədi - VİDEO

17 Noy, 2017
17:35
5078

NATO baş katibi Türkiyədən üzr istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO baş katibi Yens Stoltenberqi Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə ilə bağlı Türkiyədən üzr istəyib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

Qeyd edək ki, NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib. Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb. 

Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib. Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri