19 
Noy
2017
18:55
121
23
1636
Virtual karabakh

Zimbabvenin hakim partiyası prezident Muqabeni istefa verməyə çağırdı – VİDEO

19 Noy, 2017
18:55
1636

Zimbabvenin hakim partiyası prezident Muqabeni istefa verməyə çağırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyası prezident Robert Muqabeni sabah saat 12.00-a qədər istefa verməyə çağırıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, partiyanın Mərkəzi Komitəsinin bu gün keçirilən xüsusi iclasında qəbul edilən qətnamədə əksini tapıb.

Qətnamədə qeyd edilib ki, əks halda prezidentin impiçmenti prosesinə başlanacaq.

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri