20 
Noy
2017
11:09
14
140
2100
Virtual karabakh

Muqabe vəzifədən getməkdən imtina etdi - VİDEO

20 Noy, 2017
11:09
2100

Muqabe vəzifədən getməkdən imtina etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabvenin prezidenti Robert Muqabe telemüraciət zamanı hakim partiyanın ultimatumuna və təzyiqlərinə baxmayaraq, tutduğu vəzifədə hələ bir neçə həftə müddətində də qalacağını bildirib.

Bu barədə Oxu.Az BBC-yə istinadən xəbər verir.

O,  "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi"  hakim partiyasının qurultayına sədrlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.

Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

Hakim partiya prezident Robert Muqabeni bu gün saat 12:00-a qədər istefa verməyə çağırıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri