20 
Noy
2017
19:46
63
248
24865
Virtual karabakh

Hindistanlı aktrisanın başına 1,5 milyon dollar mükafat qoyulub – VİDEO

20 Noy, 2017
19:46
24865

Hindistanlı aktrisanın başına 1,5 milyon dollar mükafat qoyulub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda “Padmavati” filminin rejissoru Sancay Lila Bhansali və lentdə şahzadə Rani Padminini oynayan Bollivud aktrisası Dipiki Padukonun başına 1,5 milyon dollar mükafat vəd verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Channel News Asia” nəşri yazır.

Nəşrin məlumatına əsasən, belə bir təkliflə Hindistanın “Bharatiya canata parti” partiyasının üzvü Surac Pal Amu çıxışı edib. 

Hindistanda bir çox tanınmış siyasətçilər tarixi təhrif edən filmi qınayıblar. Filmdə müsəlman sərkərdə Ələuddin Çircinin şahzadənin sevgilisi olması tənqidçilərin xoşuna gəlməyib.

Belə ki, “Padmavati” əsərinə əsasən 1303-cü ildə müsəlman sərkərdə şahzadə Padminin ələ almaq üçün Çittor şəhərini mühasirəyə alıb. Əfsanəyə görə, işğalçıya təslim olmamaq üçün şahzadə özünü yandırıb. 

Qeyd olunur ki, filmin premyerası dekabrın 1-nə planlaşdırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri