21 
Noy
2017
10:59
94
21
1471
Virtual karabakh

Ərdoğanın sözçüsü: Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

21 Noy, 2017
10:59
1471

Ərdoğanın sözçüsü: Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Norveçdə hərbi təlimlərdə baş verən son insidentdən sonra NATO ilə münasibətləri kəsmək niyyətində deyil.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın bəyanat verib.

Kalının sözlərinə əsasən, bununla yanaşı, Ankara bu insidentin araşdırılmasını tələb edir.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. 

Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri