22 
Noy
2017
18:35
47
245
2481
Virtual karabakh

İranlı general: İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan özünü partladıb

22 Noy, 2017
18:35
2481

İranlı general: İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan özünü partladıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror təşkilatının sıralarına qoşulmuş 6 mindən çox gənc terrorçu-kamikadzeyə çevrilib.
 
Oxu.Az APA-ya istinadan xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymaninin İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı İranın Ali lideri Ayətullah Xameneiyə ünvanladığı məktubunda bildirib..
 
General qeyd edib ki, 6 mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində özlərini partladıblar: “Bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid olub”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri