23 
Noy
2017
12:37
21
202
9936
Virtual karabakh

Radanın deputatı Saakaşviliyə hücum etdi - VİDEO

23 Noy, 2017
12:37
9936

Radanın deputatı Saakaşviliyə hücum etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və Ali Radanın deputatı İqor Mosiyçuk arasında televiziya proqramı zamanı münaqişə yaranıb.

Oxu.Az-ın məlumatına əsasən, hadisə proqram iştirakçıları Stepan Banderin Ukraynadakı rolunu müzakirə edən zaman baş verib.

Əvvəlcə Mosiyçuk Saakaşvilidən Banderi dəstəkləyib-dəstəkləmədiyini soruşub. Odessanın sabiq qubernatoru isə cavabında “Mən Ukraynanı dəstəkləyirəm” deyib.

Sonra isə Saakaşvili əlavə edib edib ki, Stepan Bander sağ olsaydı, rüşvət alanları məhv edərdi. Onun bu sözləri opponentini özündən çıxardıb və o, “Yeni qüvvələr hərəkatı” partiyasının liderinin üzərinə əsa ilə gedib. Lakin aparıcı Mosiyçukun qabağını kəsərək hücumun qarşısını alıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri