23 
Noy
2017
19:00
36
293
12359
Virtual karabakh

Üç milyon dollara avtomobil nömrəsi - FOTO

23 Noy, 2017
19:00
12359

Üç milyon dollara avtomobil nömrəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən hərracda biznesmenlər avtomobillərin qeydiyyat nömrəsinə külli miqdarda pul xərcləyiblər. Məsələ ondadır ki, bu nömrələr cəmi bir rəqəmdən ibarətdir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu günlərdə iş adamı Əhməd əl-Marzuki avtomobili üçün 10 milyon dirhəmə (3 milyon dollar) 2 rəqəmi ilə işarələnmiş qeydiyyat nömrəsi alıb. 23 yaşlı sahibkar bildirib ki, bu nömrəni BƏƏ-nin milli bayramı – dekabrın 2-də qeyd olunan Müstəqillik Günü münasibətilə seçib.

Ümumilikdə isə hərracda bu cür 15 bahalı və unikal nömrə satılıb. Məsələn, “1111” nömrəsi 12 yaşlı gəncə 400 min dollara başa gəlib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri