7 
Dek
2017
14:59
21
427
4986
yuxarı
İsraildən Qüds açıqlaması - Hərbçiləri əraziyə cəlb edirik
7 Dek, 2017
14:59
4986
21
427
İsraildən Qüds açıqlaması - Hərbçiləri əraziyə cəlb edirik
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra açıqlamalar verib.
Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib. Bundan başqa, açıqlamada bildirilir ki, İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir.
Netanyahu deyib: "Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb".
Sözügedən ölkələrin adını açıqlamayan baş nazir bu dövlətlərin bəzilərinin səfirliklərini Qüdsə ABŞ-dan əvvəl köçürəcəyini iddia edib.
İsrail ordu baş qərargahı təcili iclas keçirərək İordan çayının qərb sahilinə hərbi birliklər cəlb etmək barədə qərar qəbul edib.
A.H.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək