10 
Dek
2017
19:00
429
29
5051
Virtual karabakh

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən uzaqlaşdırdı

10 Dek, 2017
19:00
5051

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən uzaqlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov kadr dəyişikliyi aparıb.

Oxu.Az-ın  "Turkmenistan.ru" saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı müvafiq qərarı 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda qəbul edib.

Türkmənistan liderinin sərəncamı ilə işlərində yol verdikləri ciddi nöqsanlara görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və əhalinin sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov, eləcə də kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad ediliblər. 

Q. Berdıməhəmmədovun digər sərəncamı ilə "Türkmenstandartlary"  dövlət xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edilib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər. 
 
N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri