10 
Dek
2017
19:40
354
30
9889
Virtual karabakh

Saakaşvilinin tərəfdarlarından dörd tələb

10 Dek, 2017
19:40
9889

Saakaşvilinin tərəfdarlarından dörd tələb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları bu gün Kiyevin mərkəzində başladıqları etiraz aksiyasının gedişatında Ali Radaya dörd tələb irəli sürüblər.

Bu barədə Oxu.Az UNİAN-a istinadən xəbər verir.

“Birinci tələb  impiçment haqqında qanundur. İkincisi – antikorrupsiya məhkəməsi haqqında qanundur. Üçüncü tələb ikinci oxunuşda seçki haqqında qanunun qəbul edilməsidir. Dördüncü tələbimiz baş prokuror Yuriy Lutsenkonun istefaya göndərilməsidir”, -deyə “Yeni qüvvələr hərəkatı” partiyasının nümayəndəsi Olqa Qabala bildirib.

Onun sözlərinə əsasən, bütün tələbləri Rada dekabrın 19-dan 22-ə kimi yerinə yetirməlidir.

Xatırladaq ki, bu gün Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşıblar.

Qeyd edək ki, M. Saakaşvili dekabrın 5-də cinayətkar qrupun üzvlərinə yardım etmək və onların cinayət əməllərini gizlətmək ittihamı ilə saxlanılıb. Ancaq tərəfdarları M. Saakaşvilinin aparıldığı avtomobilin qarşısını kəsib, onu azad ediblər. Daha sonra M. Saakaşvili tərəfdarları ilə birlikdə Ali Radanın qarşısındakı meydana gəlib, prezidentin impiçmentini tələb ediblər. Dekabrın 6-da polislər meydandakı çadır şəhərciyində  M. Saakaşvilini həbs etmək istəsələr də, onun tərəfdarlarının müqaviməti ilə qarşılaşıblar. Polislər M. Saakaşvilini yalnız dekabrın 8-də axşam saatlarında saxlaya biliblər. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri