10 
Dek
2017
20:40
336
35
7115
Virtual karabakh

İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı

10 Dek, 2017
20:40
7115

İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin müdafiə ordusu fələstinli tacirdən alma oğurlayan komandiri xidmətdən uzaqlaşdırıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.

“Ordu bu cür hərəkəti məqbul saymır. Araşdırmalardan sonra komandir xidmətdən uzaqlaşdırılıb. O, cəzasını alıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarından sonra dekabrın 9-da Hevron şəhərində baş qaldıran iğtişaşların yatırılması üzrə aparılan xüsusi əməliyyat zamanı baş verib. 84-cü piyada briqadası “Givati”nin  dəstə komandiri rayonlardan birini yoxlayarkən, sahibinin qoyub qaçdığı piştaxtaya yaxınlaşaraq üç alma götürüb və əsgərlərinə ötürüb. Bütün bunlar şahidlər tərəfində videoya alınıb və sonra Twitter-də yerləşdirilib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri