10 
Dek
2017
21:00
39
672
9846
Virtual karabakh

ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

10 Dek, 2017
21:00
9846

ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ öz səfirliklərini köçürmək məsələlərində istədiyini etmək hüququna malikdir. 

Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsini şərh edərkən ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Biz öz səfirliklərimizi yerləşdirmək məsələlərində ürəyimiz istəyən hər bir şeyi etmək hüququna malikik”, - Fox News Heylinin sözlərini sitat gətirir.

O qeyd edib ki, “BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsraili hədələməklə sülh prosesinin tənzimlənməsinə kömək etmədiyini başa düşməlidir”. 

“Biz həm israillilərə, həm də fələstinlilərə qarşı ədalətli olmalıyıq”, - deyə diplomat əlavə edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri