10 
Dek
2017
21:50
31
145
3129
Virtual karabakh

Stokholmda Nobel mükafatları təqdim edildi

10 Dek, 2017
21:50
3129

Stokholmda Nobel mükafatları təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç kralı Karl XVI Qustav bu gün Stokholm filarmoniyasının binasında 2017-ci il tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.

Oxu.Az-ın məlumatına əsasən, dünyanın ən nüfuzlu mükafatının 11 laureatına diplomlar və qızıl medallar monarx tərəfindən verilib.

Xatırladaq ki,  Nobel mükafatının məbləği bu il artırılıb. Belə ki, cari il hər nominasiyada mükafatın məbləği 9 milyon İsveç kronu (təxminən 1 milyon 119 min ABŞ dolları) təşkil edib. Bu isə ötən illə müqayisədə 12,5 faiz artıqdır.

Qeyd edək ki, ötən il Nobel mükafatı laureatları 8 milyon İsveç kronu (931 min dollara yaxın) alıblar. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri