11 
Dek
2017
14:12
136
19
3221
Virtual karabakh

Politoloq: Saakaşvilinin ekstradisiyası Poroşenkoya zərbədir

11 Dek, 2017
14:12
3221

Politoloq: Saakaşvilinin ekstradisiyası Poroşenkoya zərbədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Mixeil Saakaşvilinin Ukrayna hakimiyyəti tərəfindən Gürcüstana ekstradisiya olunacağı inandırıcı deyil".

Bunu Oxu.Az-a politoloq Zərdüşt Əlizadə Mixeil Saakaşvilinin Gürcüstana ekstradisiya məsələsini şərh edərkən bildirib.

“Əvvəla, Saakaşvili eks-prezidentdir. Ukrayna prezidenti Petro Poroşenko dövlət başçısı olmuş insana qarşı hörmətsiz rəftar edərsə, gələcəkdə özünə qarşı da belə bir addımın atılmasına zəmin yaratmış olar. Belə ki, Saakaşvilini Gürcüstana ekstradisiya etməklə Poroşenko birbaşa özünə zərbə vurmuş olur.

Digər tərəfdən, Gürcüstan hakimiyyəti dəfələrlə qeyri-rəsmi şəkildə Poroşenkoya Saakaşvilinin ekstradisiya olunmasını istəmədiyini bildirib. Çünki özü üçün problem yaradılmasını istəmir. Saakaşvili qanunsuz olaraq Gürcüstana ekstradisiya edildiyi təqdirdə, bu, qonşu ölkənin hakimiyyəti üçün böyük başağrısı olacaq. Belə ki, Gürcüstan əhalisi arasında Saakaşviliyə qarşı mövcud olan böyük rəğbət indi  durmadan artır. Düzdür, o da insan haqlarını müəyyən mənada pozurdu. Lakin indiki hakimiyyətlə müqayisədə, o, tamamilə müsbət insan sayılır”, - deyə politoloq vurğulayıb.

Nigar Orucova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri