11 
Dek
2017
17:22
304
54
2853
Virtual karabakh

İran XİN: Ərəb dövlətləri İslam dünyası və Fələstinə xəyanət edir

11 Dek, 2017
17:22
2853

İran XİN: Ərəb dövlətləri İslam dünyası və Fələstinə xəyanət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında  deyib.

B. Qasımi xatırladıb ki, ötən həftə 5 Xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: “Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə Konvensiyanın taleyinin Astana şəhərində keçiriləcək prezidentlərin sammitində həll olunmasına ümid çoxdur. Əlbəttə, iclasdan öncə ekspertlər bir daha texniki məsələləri araşdıracaq. Düşünürük ki, Astana sammitində ümumi həmrəylik əldə olunacaq”.

B. Qasımi qeyd edib ki, Konvensiya Xəzər dənizinə aid ümumi prinsipləri və ölkələrin öhdəliklərini müəyyənləşdirir: “Sənəddə hər bir məsələnin detalları qeyd olunmayacaq.  Lazım gələrsə, digər məsələlər üçün protokollar hazırlanacaq və sənədə əlavə olunacaq”.

İranın XİN sözçüsü ABŞ prezidenti Donald Trampın məlum qərarına toxunaraq deyib ki, ABŞ-ın öz səfirliyini Beytül-müqəddəsə köçürməsi aşkar yanlışdır ki, regionda gərginliyin artmasına səbəb olub: “Bundan ən çox ziyan görən elə ABŞ hökuməti olacaq. Onların qərarı düşünülməmiş, naşıcasına və təhlükəli qərardır. İslam ümmətinin vəhdətinə ehtiyac var”.

B. Qasımi qeyd edib ki, bəzi ərəb dövlətləri bu məsələdə İslam dünyası və Fələstinə xəyanət edib: “Ərəb Birliyinin Trampın qərarı ilə bağlı bəyanatı  qətiyyətli  deyildi”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri