12 
Dek
2017
10:59
344
23
2515
Virtual karabakh

İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər - FOTO

12 Dek, 2017
10:59
2515

İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda taksi sürücüləri ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz ediblər.

Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, sürücülər Türkiyə bayraqlarını avtomobillərdən asaraq, Trampa etirazlarını bildiriblər.

Sürücülər ABŞ-ın İstanbuldakı Baş konsulluğunun qarşısında toplaşıblar. Etirazçılar “Qatil İsrail”, “Fələstindən əlini çəkin”, “Tramp, çaşma, səbr kasamızı doldurma” deyə plakatlar tutublar. 

Etiraz zamanı taksi sürücülərinin müraciəti oxunub. Məlumatda dünyanın bir sıra şəhərlərində istifadə edilən ABŞ-a məxsus “Uber” taksi xidmətindən vətəndaşların istifadə etməmələri tövsiyyə edilib. 

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri