13 
Dek
2017
08:50
14
114
1488
Virtual karabakh

Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

13 Dek, 2017
08:50
1488

Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır.

Oxu.Az xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə “yol xəritəsi”nin  tərtib edilməsi mümkündür.

“Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin, görüşək və istəyirsinizsə, hava şəraitindən danışaq”, - deyə Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.   

“Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə “yol xəritəsi”ni hazırlaya bilərdik”, - deyə dövlət katibi əlavə edib.  

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri