13 
Dek
2017
09:49
51
106
4964
Virtual karabakh

ABŞ-da təyyarədə həyəcanlı anlar: Hamınızı öldürəcəyəm! – VİDEO

13 Dek, 2017
09:49
4964

ABŞ-da təyyarədə həyəcanlı anlar: Hamınızı öldürəcəyəm! – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın populyar loukoster aviaşirkətlərindən olan "Southwest Airlines"ın təyyarələrindən birində yaşanan olayı polis araşdırır.

Oxu.Az Milli.az-a istinadən bildirir ki, təyyarənin ayaqyolunda siqaret çəkən qadının qaydaları pozduğu aşkarlananda həyasızlığa başlayıb, qışqırıb, bağırıb, ətrafındakıları hədələyib.

"Mənə əl vurmayın! Yaxın gəlməyin! Bu uçuşda hamınızı öldürərəm! Harada ürəyim istəsə, orada siqaret çəkəcəyəm!", - qadın qışqırıb, stüardessaları və sərnişinləri hədələyib.

Portlend şəhərinin hava limanından səmaya qalxan və Sakramentoya uçan təyyarədəki ayaqyolunda "rahat" siqaret çəkmək üçün tüstü detektorunu sıradan çıxaran qadını zorla sakitləşdiriblər.

Təyyarədə 5 nəfər heyət üzvü və 136 sərnişin olub.

Təyyarə Sakramentoda yerə enəndən sonra polis qadını saxlayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri