13 
Dek
2017
15:11
32
322
6370
Virtual karabakh

Kreml: Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür

13 Dek, 2017
15:11
6370

Kreml: Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Fələstin-İsrail münaqişəsindəki mövqeyi Moskvanın mövqeyi ilə üst-üstə düşmür”.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

“Biz bu mövqe ilə tanışıq və hal-hazırda o, bizim mövqeyimizlə üst-üstə düşmür. Rusiyanın  Qüds, eləcə də, Yaxın Şərq üzrə mövqeyi məlumdur”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa səsləyib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri