14 
Dek
2017
23:57
182
190
9446
Virtual karabakh

Kanadada aviaqəza zamanı möcüzə: Hamı sağ qaldı – YENİLƏNİB + VİDEO

14 Dek, 2017
23:57
9446

Kanadada aviaqəza zamanı möcüzə: Hamı sağ qaldı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadada aviasiya tarixində nadir hadisələrdən biri baş verib. 

Oxu.Az-ın xəbərinə görə, göyərtəsində 25 nəfər olan təyyarə hava limanından qalxan kimi qəzaya uğrayıb.

Aviaqəza zamanı təyyarənin göyərtəsində olanların hamısı sağ qalıb. Bir neçə nəfər xəsarət alıb. Xilasedicilər bildiriblər ki, qəza nəticəsində ətrafda hər yerə benzin tökülüb, lakin xoşbəxtlikdən yanğın baş verməyib.

09:18

Kanadada “West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri