14 
Dek
2017
13:28
566
23
4591
Virtual karabakh

ABŞ vətəndaşı Ermənistanda terror aktı planlaşdırdı

14 Dek, 2017
13:28
4591

ABŞ vətəndaşı Ermənistanda terror aktı planlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Milli Təhlükəsizlik Xidməti ABŞ vətəndaşının Ermənistanda terror aktı planlaşdırdığını açıqlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qurum ölkə ərazisində terror planlaşdıran şəbəkəni aşkara çıxarıb  Məlum olub ki, milliyyətcə erməni olan ABŞ vətəndaşı “Facebook”da səhifə açaraq “Ədalət naminə döyüşənlər” adlı qrupun yarandığını və bu qrupun strategiyasını açıqlayıb. Həmin səhifə vasitəsilə Ermənistan hüquq-mühafizə orqanlarına və xüsusi şəxslərə qarşı zorakılıq təbliğ olunub, partlayış törətmə, yandırma kimi addımlara çağırış edilib.

Bu məsələ ilə bağlı açılan cinayət işində həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və axtarışa verilməsi qərara alınıb. Bu şəxsin ABŞ ərazisində yaşadığı nəzərə alınaraq onun yaşadığı yer müəyyənləşdirilib və məlumatlar Baş Prokurorluğa ötürülüb. Hazırda həmin şəxsin tərəfdaşlarının müəyyənləşməsi istiqamətində iş gedir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri