14 
Dek
2017
13:41
34
94
1583
Virtual karabakh

Vladimir Putin seçki proqramını açıqladı

14 Dek, 2017
13:41
1583

Vladimir Putin seçki proqramını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Seçki proqramım, demək olar, hazırdır".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.

"Rusiyanı necə görmək istədiyim haqqında çox danışmışam. O, gələcəyə istiqamətlənən, müasir, yüksək texnologiyalar üzərində qurulan ölkə olmalıdır. Seçki proqramım barədə danışmaq istəməzdim, onu deyim ki, bu, artıq hazırdır. Diqqət yönəldilməsi lazım olan məsələlər infrastrukturun, səhiyyənin, təhsilin, yüksək texnologiyaların inkişafıdır. Hər şey vətəndaşların gəlirlərinin artırılmasına yönəlməlidir", - V.Putin bildirib.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin mart ayında keçiriləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri