14 
Dek
2017
14:25
179
61
3911
Virtual karabakh

Rusiya prezidenti: Özümə rəqib yetişdirmək fikrim yoxdur - YENİLƏNİB

14 Dek, 2017
14:25
3911

Rusiya prezidenti: Özümə rəqib yetişdirmək fikrim yoxdur - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”.

Oxu.Az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”, - deyə o vurğulayıb.

Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib. 

***

13:51

"Özüm özümə rəqib yetişdirəsi deyiləm".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında gələn il ölkəsində keçiriləcək prezident seçkilərində rəqibləri ilə bağlı danışarkən deyib.

"Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır", - V.Putin bildirib.

O, həmçinin vurğulayıb ki, ölkədə onun fikirlərini dəstəkləyən siyasi qüvvələrin, eləcə də vətəndaşların geniş dəstəyinə ümid edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri