15 
Dek
2017
15:12
136
20
5680
Virtual karabakh

Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə hökm oxundu

15 Dek, 2017
15:12
5680

Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.

Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Aleksey Ulyukayev "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin "Rosneft"in "Başneft"in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət İttihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri