16 
Dek
2017
09:51
31
521
2295
Virtual karabakh

İsraildə toqquşmalar zamanı dörd fələstinli ölüb

16 Dek, 2017
09:51
2295

İsraildə toqquşmalar zamanı dörd fələstinli ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra baş verən etiraz aksiyalarının növbəti dalğası zamanı dörd fələstinli ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Fələstin Milli Administrasiyasının səhiyyə nazirliyi məlumat yayıb.

Ölənlərin hamısı İsrail polisi ilə toqquşma zamanı güllə yarası alıblar. 

İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə cümə namazından sonra toqquşmalara daha da şiddətlənib.  Fələstinlilər sərhədçilərə daşlar atmağa başlayıblar. İsrail təhlükəsizlik xidmətlərinin əməkdaşları isə gözyaşardıcı qazdan istifadə ediblər və hücum edən şəxslərə atəş açıblar. Gün ərzində 400-dən çox fələstinli yaralanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri