16 
Dek
2017
13:11
66
793
32309
Virtual karabakh

Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik – VİDEO

16 Dek, 2017
13:11
32309

Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun verdiyi qərar etiraza səbəb olub. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə AZXEBER.COM-a sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələr məlumat verib. 

Salih Pay universitet binasındakı Azərbaycan bayrağının endirilməsinə qərar verib. Buna səbəb isə həmin binada olan Ermənistan bayrağının ortadan itməsi olub. 

Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin “ülküçü” gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri