16 
Dek
2017
22:00
346
76
6549
Virtual karabakh

Saakaşvili Poroşenko ilə barışmaq istəyir

16 Dek, 2017
22:00
6549

Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə Report xarici mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoda məktub var. Mişa (Mixeil - red) deeskalasiya təklif edir, - deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər. 

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri