29 
Dek
2017
00:33
275
66
8270
Virtual karabakh

Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı həbs olundu

29 Dek, 2017
00:33
8270

Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümündə şübhəli bilinən daha bir nəfər həbs olundu.

Oxu.Az-ın Yeni Şafak nəşrinə istinadən xəbər verir ki, həbs olunan Mustafa Timur Özkan, səfirin öldürüldüyü sərginin təşkilatçısı olub.

Özkan qəsdən adam öldürmədə iştirakda ittiham olunur.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada - Müasir Sənət Mərkəzində “Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə” adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri