Yan
2018
19:53
223
104
13873
Virtual karabakh

Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı – FOTO

4 Yan, 2018
19:53
13873

Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı jurnalist Roman Saponkov Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi “Hmeymim” hərbi bazasından (Suriya) çəkilmiş bir neçə fotoşəkli dərc edib.

Oxu.Az jurnalistə istinadən xəbər  verir ki, bazanın atəşə tutulması nəticəsində, ilk məlumatlara görə, altı Su-24 bombardmançısı, bir Su-35C qırıcısı, bir ədəd An-72 nəqliyyat, bir ədəd An-30 kəşfiyyat təyyarəsi, Mi-8 helikopteri zədələnib.

Təmirdən sonra iki Su-24 bombardmançısı və Su-35C qırıcısı yenidən işə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yaraqlıların Suriyanın “Hmeymim” aviabazasında yerləşən Rusiya qüvvələrini bombardman etməsi barədə xəbəri təkzib etmişdi.

Xatırladaq ki, yanvarın 3-də Rusiyanın “Kommersant” qəzeti “Hmeymim”də Rusiyaya məxsus yeddi  döyüş təyyarəsinin məhv edildiyi barədə xəbər yaymışdı.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri