12 
Yan
2018
15:44
125
21
2297
Virtual karabakh

Kreml Vaşinqtonun sanksiya təhdidlərinə münasibət bildirdi

12 Yan, 2018
15:44
2297

Kreml Vaşinqtonun sanksiya təhdidlərinə münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya prezidenti Vladimir Putin yalnız ABŞ-ın yeni sanksiyalar paketinin ratifikasiyasından sonra Vaşinqtona qarşı müvafiq cavab tədbirləri haqqında qərar çıxaracaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səsləndirib.

“Sanksiyalarla bağlı addımlar bir qayda olaraq qarşı tərəfi cavab tədbirlərinə sövq edir. İndiki halda “əvəz-əvəz” prinsipi təməl daşı olaraq qalır. Sual ondadır ki, cavab tədbirləri nə dərəcədə “güzgü effektli” olacaq. Belə deyək, bizim maraqlara daha yüksək şəkildə cavab verən, daha uyğun olan cavab ölçüləri qəbul olunacaq”, - deyə Peskov bildirib.

Kreml nümayəndəsi bildirib ki, əgər Vaşinqton belə bir siyahını qəbul edərsə, onu ilk növbədə hərtərəfli şəkildə təhlil etmək lazım gələcək.

“Çünki belə siyahının ortaya çıxması “yeni sanksiyalar mübadiləsi” anlamına gəlməməlidir”, – deyə Peskov əlavə edib.

Xatırladaq ki, yanvarın 11-də ABŞ maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun yaxın günlərdə Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar qəbul edəcəyini bildirib.  “Kommersant” qəzetinin məlumatına görə, siyahıya yüksək vəzifəli rusiyalı məmurların, biznesmenlərin və hakim elitaya yaxın olan insanların adları daxil ediləcək.

Bundan əvvəl 2017-ci ilin oktyabr ayında ABŞ dövlət departamenti potensial sanksiya hədəfi olan 33 rus şirkətinin siyahısını dərc edib. Təfərrüatı məlum olmayan yeni məhdudiyyətlər 2018-ci ilin fevral ayında qüvvəyə minə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri