12 
Yan
2018
19:20
230
68
8057
Virtual karabakh

Rusiya “Hmeymim”ə görə qisas aldı

12 Yan, 2018
19:20
8057

Rusiya “Hmeymim”ə görə qisas aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya xüsusi təyinatlıları dekabrın 31-də Suriyadakı “Hmeymim” bazasını atəşə tutmuş diversantları zərərsizləşdirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, xüsusi əməliyyatda Rusiyanın Suriyadakı çoxsəviyyəli kəşfiyyat sisteminin bütün qüvvələri iştirak edib. Məlum olub ki, terrorçular İdlib vilayətinin qərb sərhədi yaxınlığında mövqe tutublar. Onlar yüksək dəqiqliyə malik “Krasnopol” döyüş sursatı ilə məhv edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, dekabrın 31-də Suriyadakı “Hmeymim” aviabazası mobil təxribat qrupunun hücumuna məruz qalıb. Hücum nəticəsində iki hərbçi ölüb. Bəzi hərbi təyyarələrin zərər gördüyü bildirilir.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri