13 
Yan
2018
01:13
36
390
2435
Virtual karabakh

ABŞ nüvə silahlarının sayını artırır

13 Yan, 2018
01:13
2435

ABŞ nüvə silahlarının sayını artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ nüvə silahlarının sayını artırmaq istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə “Huffington Post” ABŞ-ın nüvə doktrinası layihəsinə istinadən məlumat verib.

Layihənin mətninə görə, Tramp administrasiyası aşağı qüvvəli nüvə silahlarının sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

“Rusiya Sovet İttifaqı deyil, soyuq müharibə isə keçmişdə qalıb. Yaxşı münasibətləri saxlamaq üçün bütün səylərimizə baxmayaraq, Rusiya ABŞ və NATO-nu əsas rəqib sayır, Avrasiyada dağıdıcı geosiyasi məqsədlərinin həyata keçirilməsinə maneə kimi qiymətləndirir”, mətndə vurğulanıb.

Layihənin müəlliflərinə görə, Rusiya ilə yanaşı Şimali Koreya da ABŞ üçün ciddi təhlükə kəsb edir.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri