13 
Yan
2018
01:22
392
32
2244
Virtual karabakh

Hillari Klinton Trampın irqçi baxışlarını tənqid edib

13 Yan, 2018
01:22
2244

Hillari Klinton Trampın irqçi baxışlarını tənqid edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın sabiq dövlət katibi və hazırki prezident Donald Trampın prezidentlik postuna əsas rəqibi olmuş Hillari Klinton ABŞ liderinin “irqçi baxışlarını” tənqid edib.

Oxu.Az xəbər verir ki, bu barədə sabiq dövlət katibi öz “Twitter”ində yazıb.

“Səkkiz il əvvəl baş vermiş dağıdıcı zəlzələnin ildönümü günü faciəni yada salmaq, dözümlü Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirləri eşitməyə məcburuq”, - deyə H. Klinton qeyd edib.

Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin “çirkab yerlər”dən gəldiklərini deyib.

Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyəti quruma çağırıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri