15 
Yan
2018
22:49
150
33
2415
Virtual karabakh

Finlandiya kosmosa ilk kommersiya peykini buraxıb

15 Yan, 2018
22:49
2415

Finlandiya kosmosa ilk kommersiya peykini buraxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın şərqindəki Satiş Dhavan adına kosmodromdan Finlandiya istehsalı olan ilk kommersiya peyki buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb.

Məlumata əsasən, bu, üzərində hələlik işlərin davam etdiyi radiolokasiya peykləri seriyasından ilk peykdir.

Peykin istehsalçısı olan Finlandiyanın “Iceye” şirkətinin maliyyə direktoru Pekki Laurilanın sözlərinə görə, bu il iki peykin buraxılması nəzərdə tutulur.

“Biz bundan sonra onlarla peyk istehsal etməklə kommersiya fəaliyyətimizi genişləndirəcəyik”, - deyə P.Laurila planlarını açıqlayıb.

Kosmik layihə Aalto Universitetinin peyklər üzrə emalatxanasında başlayıb. Yetmiş kiloqramlıq radiolokasiya peyki hava şəraitindən asılı olmayaraq, günün istənilən vaxtında yerə məlumatlar göndərə biləcək. Peykin məlumatları, ilk növbədə, gəmiçilik üçün faydalı olacaq.

Finlandiya ötən ilin aprelindən kosmos ölkəsi olub. Həmin vaxt ABŞ-da “Aalto-2” adlı ilk kiçik fin peyki buraxılıb. Lakin bu, kommersiya layihəsi deyildi. Kosmos sahəsində nailiyyətlər Finlandiya hökumətini gələcəyin layihəsinə diqqəti artırmağa vadar edib. 2018-ci il yanvarın 12-də prezident Sauli Niyniste ölkə tarixində ilk dəfə kosmos haqqında qanun imzalayıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri