16 
Yan
2018
13:27
563
27
5112
Virtual karabakh

Erməni generalın oğlu qəzada öldü

16 Yan, 2018
13:27
5112

Erməni generalın oğlu qəzada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan İstintaq Komitəsi Yerevanda bir nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatını araşdırır.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da, səhər saatlarında baş verib.

“Kia Sorento” markalı avtomobil Myasnikyan prospektində yoldan çıxaraq çaya düşüb.

Qəza nəticəsində sürücü R.Qalstyan hadisə yerindəcə ölüb, sərnişin A.Ter-Qriqoryan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu olduğu bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri