16 
Yan
2018
15:10
26
260
7404
Virtual karabakh

Kolumbiyada körpü uçdu: Ölənlər var

16 Yan, 2018
15:10
7404

Kolumbiyada körpü uçdu: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiyada  tikilməkdə olan avtomobil körpüsünün uçması nəticəsində azı doqquz nəfər həlak olub, beş nəfər yaralanıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Çiraxara bölgəsində baş verib.

Qəza qurbanları tikintidə iştirak edən fəhlələrdir. Gözəl mənzərəli vadinin üzərindən keçən 450 metr uzunluqdakı körpü paytaxt Boqota ilə Villavisensio şəhərini birləşdirən avtomobil yoluna aid olub. Ölkənin nəqliyyat naziri Qerman Kardona qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Rəsmilərin sözlərinə görə, həmin vaxt işçilərin çoxu əmək təhlükəsizliyi haqqında səhər təlimatında olub. Bu, çoxsaylı itkinin qarşısını alıb.

Çökən nəhəng körpünün fotoşəkillərini təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri