16 
Yan
2018
16:06
40
112
1437
Virtual karabakh

Kosovada serb siyasətçi öldürüldü

16 Yan, 2018
16:06
1437

Kosovada serb siyasətçi öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kosovalı serb liderlərindən biri Olivor İvanoviç Kosovada qətlə yetirilib.

Bu barədə Oxu.Az РТС-yə istinadən xəbər verir.

64 yaşlı “Azadlıq, demokratiya, həqiqət” hərəkatının lideri sinə nahiyəsindən beş güllə yarası alıb. Vəkilinin sözlərinə görə, siyasətçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata görə, polis qüvvələri cinayətin baş verdiyi ərazini əhatəyə alıb, həmin rayonun giriş-çıxışları nəzarətə götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı aparılır.

Sui-qəsdlə əlaqədar Serbiya prezidenti Aleksandr Vuçiç təhlükəsizlik şurasının fövqəladə iclasını keçirməyə hazırlaşır.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri