16 
Yan
2018
22:24
484
24
8261
Virtual karabakh

ABŞ-da yanğınsöndürən üçüncü mərtəbədən yerə atılan uşağı tutub – VİDEO

16 Yan, 2018
22:24
8261

ABŞ-da yanğınsöndürən üçüncü mərtəbədən yerə atılan uşağı tutub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Corciya ştatının Atlanta dairəsində baş verən yanğın zamanı xilasedicilərdən biri üçüncü mərtəbədən yerə atılan qız uşağını tutub.

Oxu.Az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.

Hadisə yanvar ayının əvvəllərində baş verib. Qızını alovdan xilas etmək istəyən ata, onu yanğınsöndürən Skott Stroupun qucağına atıb. Yanğın zamanı ümumilikdə 12 nəfər, o cümlədən 8 yetkinlik yaşına çatmayan şəxs təxliyyə edilib.

“Biz uşaqları, sözün hərfi mənasında, futbol topu kimi tuturduq”, – deyə briqada kapitanı nəşrə bildirib.

Yanğınsöndürənlərin tutduğu uşaqlar zərər çəkməyiblər. Qızın atası II dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri