19 
Yan
2018
10:13
31
158
4408
Virtual karabakh

Amerikalı öskürdü və qabırğası sındı

19 Yan, 2018
10:13
4408

Amerikalı öskürdü və qabırğası sındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

66 yaşlı amerikalı infeksion xəstəliklə əlaqədar möhkəm asqıraraq qabırğasını sındırıb.

Oxu.Az xəbər verir ki, qəribə hadisə barədə “The New England Journal of Medicine” elmi jurnalında məqalə dərc olunub.

Qadın iki həftə əvvəl başlayan quru öskürək və sağ tərəfində kəskin ağrılarla bağlı həkim müayinəsində olub. Həkimə müraciətdən beş gün əvvəl ona yuxarı tənəffüs yollarının viruslu infeksiyası diaqnozu qoyulsa da, təyin olunmuş müalicə müsbət nəticə verməyib.

Müayinə zamanı onun sağ böyüründə böyük sahəni əhatə edən göyərti aşkarlanıb, döş qəfəsinin sağ tərəfində toxunuşa həssaslıq artıb. Pasiyent bu göyərtinin formalaşma səbəbinə hər hansı səbəb tapa bilməyib. Kompüter tomoqrafiyası qadının sağdan doqquzuncu qabırğasının yerdəyişməli sınığını aşkarlayıb.

Pasiyentin  burun-udlaq nayihəsi müayinə edildikdən sonra götürülən nümunədə göyöskürək çöpü aşkarlanıb.

Qadın tetanus, difteriya və göyöskürəyə qarşı sonuncu dəfə səkkiz il əvvəl peyvənd olunub və həmin vaxtdan bəri vaksinasiyadan keçməyib. Həkimlər onun göyöskürəkdən əziyyət çəkdiyini müəyyənləşdirib. Ona antibiotiklə müalicə kursu təyin olunub. Həmçinin sınığı düzəltmək və qabırğalararası yırtığı kənarlaşdırmaq məqsədilə cərrahi müdaxiləyə ehtiyac yaranıb.

Bu infeksion xəstəliyin səciyyəvi xüsusiyyətlərindən biri onun kəskin spazmatik öskürək tutmalarına səbəb olmasıdır. Bəzi hallarda möhkəm öskürək qabırğanın sınmasına yol aça və hətta bəzi hallarda qabırğalararası qan damarlarını zədələyə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri