19 
Yan
2018
10:21
24
289
7979
Virtual karabakh

ABŞ Türkiyəyə xəbərdarlıq etdi

19 Yan, 2018
10:21
7979

ABŞ Türkiyəyə xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəziyyətin bu yerə çatacağını, Türkiyənin Afrinə girəcəyi ilə bağlı indidən dəqiq heç nə deyə bilmirik: ancaq türklərə çox ciddi şəkildə bu cür addım atmamaları barədə çağırış edirik.

Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, “Türkiyə  Suriyanın Afrin bölgəsini işğal edəcək kimi görünür. Siz də mi belə görürsünüz, bu məsələdəki  yorumunuz nədir” sualına cavabında deyib.

Suriyada hər kəsin İŞİD-lə mübarizəyə səfərbər olunmasını istədiklərini vurğulayan Nauert “İraqın referenduma getdiyi zaman da söylədiyimiz kimi, hər kəs gözünü eyni hədəfə yönəltməlidir. Hədəf nöqtəsinin İŞİD olması gərəkdir. Biz şiddətə baş vurulmamasını və hamının İŞİD-ə  doğru hədəflənməyə davam etməsini istəyirik”, - deyib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri