19 
Yan
2018
11:25
53
98
3550
Virtual karabakh

Deputat canlı efirdə yuxuya getdi – VİDEO

19 Yan, 2018
11:25
3550

Deputat canlı efirdə yuxuya getdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Mühafizəkarlar Partiyasından Desmov Sveyn canlı efirdə yayımlanan Brexitlə bağlı debatlar zamanı yuxuya gedib.

Oxu.Az xəbər verir ki, maraqlı hadisənin görüntüsü “BBC Politics” “Twitter” səhifəsində paylaşılıb.

İki gün ərzində 575 mindən çox baxış sayı toplayan videoda Sveynin Brexitlə bağlı parlamentdə hesabatla çıxış edən həmkarı Ken Klarkın monoton nitqi altında mürgülədiyini görmək olur. Videoçarxın sonunda mühafizəkar deputat Klarkın öz fikrini ucadan səsləndirməsindən qəfil oyanır; gülümsəyir və özünü həmkarının çıxışına diqqətlə qulaq asan kimi göstərməyə çalışır.

Videonun şərhlərində sosial şəbəkə istifadəçiləri işin ən gərgin saatlarında yuxuya getdiyinə görə Sveyni tənqid etsə də, bir çoxları onun bu hərəkətinin anlaşılan olduğunu hesab edib. Belə ki, onların fikrincə, Klarkın yorucu səsi  “yatırdıcı” gücə malikdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri