19 
Yan
2018
11:04
31
162
3138
Virtual karabakh

Rusiyada yeniyetmə balta ilə məktəbə hücum etdi – VİDEO

19 Yan, 2018
11:04
3138

Rusiyada yeniyetmə balta ilə məktəbə hücum etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ulan-ude şəhərində yeniyetmə balta ilə məktəbə basqın edib, bir neçə şagirdi yaralayıb, yanğın törədib.  

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Buryatiya Respublikası DİN mətbuat xidmətindən məlumat daxil olub.

Hadisə yerində polis əməkdaşları iş aparır, insident və onun başvermə səbəbləri araşdırılır.  Yeniyetmənin törətdiyi yanğın söndürülüb. Binadan 500-dən çox insanın təxliyyə edildiyi bildirilir.

Yerli “Тивиком” telekanalı üç şagirdin xəsarət aldığı xəbərini yayıb. Zərərçəkənlərdən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hələ rəsmi qaydada təsdiq olunmamış məlumata əsasən, balta ilə hücum həyata keçirən şəxs doqquzuncu sinif şagirdi olub. Onun yanğını özü ilə gətirdiyi “molotov kokteyli” ilə törətdiyi ehtimal edilir.

 www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri