19 
Yan
2018
14:48
164
22
4861
Virtual karabakh

Rusiyada atom sualtı qayıqları utilizasiya olunacaq

19 Yan, 2018
14:48
4861

Rusiyada atom sualtı qayıqları utilizasiya olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 941 (şifrə adı “Akula”) layihəsi üzrə buraxılmış “Arxanqelsk” və “Sverstal” atom sualtı qayıqları utilizasiya olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” yanvarın 19-da gəmiqayırma sahəsindən olan mənbəyə istinadən məlumat yayıb.

Sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib.

“Rosatom”un sualtı qayıqları 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir.

Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində  olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı qayıq “Bulava” ballistik raketinin sınağının aparıldığı “Dmitri Donskoy” sualtı gəmisidir.

941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 qayığı 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı qayıq inşa olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri