30 
Yan
2018
16:35
153
72
3485
Virtual karabakh

“Instagram”da videozəng mümkün olacaq

30 Yan, 2018
16:35
3485

“Instagram”da videozəng mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub.

Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-hazırda istifadəçilər arasında videorabitə imkanlarını sınaqdan keçirir. Mobil tətbiqin aktual versiyasında “Instagramın” yeni funksiyasına işarənin olduğunu görmək mümkündür. Gələcəkdə ismarıc bölməsini açıb, konkret istifadəçini seçdikdə, yuxarı sağ kənarda “kamera” piktoqramı peyda olacaq.  

Tətbiqin proqram təminatını araşdıran ekspertlər hal-hazırda düymənin aktiv olmadığını öyrənib. Habelə yaxın zamanda istifadəçilərin “Instagram” vasitəsilə bir-birilə görüntülü şəkildə birbaşa ünsiyyət qura biləcəyi bildirilir. Texnologiyanın istifadəyə veriləcəyi dəqiq tarix bəlli deyil.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri