Fev
2018
11:58
212
26
7323
Virtual karabakh

Afrindəki əməliyyatlar barədə son məlumat

6 Fev, 2018
11:58
7323

Afrindəki əməliyyatlar barədə son məlumat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başlanandan bəri 970 terrorçunu zərərsizləşdirib.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Ordu Qərargahı bu gün bəyanat yayıb.

“Fevralın 6-da “Zeytun budağı” əməliyyatının gedişində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 23 üzvü öldürülüb.

Ümumilikdə, əməliyyatın başlandığı vaxtdan bu günə kimi öldürülən terrorçuların sayı 970-ə çatıb”, - deyə qərargahın bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu birləşmələri ilə birgə Suriyanı Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Bundan əvvəl Türkiyə baş naziri Binəli Yıldırım Afrində 8-10 minə yaxın PYD və YPG terrorçusunun olduğunu bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri