Fev
2018
15:05
361
15
10059
Virtual karabakh

Türk tankçıları terrorçu kamikadzenin hücumunu dəf etdi – VİDEO

7 Fev, 2018
15:05
10059

Türk tankçıları terrorçu kamikadzenin hücumunu dəf etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Afrində aparılan əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin tank ekipajı dəqiq zərbə ilə “Azad Suriya Ordusu” yaraqlılarının mövqeləri istiqamətində irəliləyən içi partlayıcı ilə dolu avtomobili sıradan çıxarıb.

Oxu.Az xəbər verir ki, “Anadolu” agentliyinin ərazidə olan çəkiliş qrupu içində terrorçu-kamikadzenin olduğu avtomobilin məhv edildiyi anın görüntüsünü lentə alıb.     

Kadrlarda içi partlayıcı ilə dolu avtomobilin Afrinin qərbində Türkiyə ordusu və Azad Suriya Ordusu birləşmələrinin nəzarətinə keçmiş strateji yüksəkliklərə doğru irəlilədiyini görmək olur.

Avtomobil termal videokamera hesabına müəyyənləşdirilib. Terrorçu-kamikadzenin idarə etdiyi  avtomobil yaşayış məntəqəsindən uzaqlaşan kimi tankçılar sərrast atışla onu məhv edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri