Fev
2018
22:57
192
21
3237
Virtual karabakh

Fransalı inkassator cinayətkarlara 26 milyon avro verib

9 Fev, 2018
22:57
3237

Fransalı inkassator cinayətkarlara 26 milyon avro verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransalı inkassator Lionda qızını qaçıran cinayətkarlara 26 milyon avro verməyə məcbur olub.

Oxu.Az “Parisien” qəzetinə istinadla xəbər verir ki, fevralın 8-də axşam saatlarında cinayətkarlar çilingər adı ilə qızın evinə girib və onu qaçırıblar.

Bundan sonra onlar girovun İsveçrədə inkassator işləyən atası ilə əlaqə saxlayaraq qızının qarşılığında furqondakı nağd pulu tələb ediblər.

Görüş İsveçrədə baş tutub. İnkassator cinayətkarlara 15 milyondan 30 milyonadək İsveçrə frankı (13-26 milyon avro) məbləğində pul verib. Bir qədər sonra jandarmeriya qızı Fransanın En departamentinin Tramua kommunasında aşkarlayıb.

Hazırda Fransa polisi hadisə ilə bağlı təhqiqat aparır.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri