11 
Fev
2018
00:47
73
1437
12068
Virtual karabakh

Türkiyə bir gündə 11 şəhid verdi – YENİLƏNİB

11 Fev, 2018
00:47
12068

Türkiyə bir gündə 11 şəhid verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı 11 çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatında bildirilir.

Qeyd olunur ki, döyüşlər zamanı daha iki əsgər yaralanıb. Hərbi əməliyyatlar nəticəsində ən azı 26 terrorçu zərərsizləşdirilib. 

10.02.2018 23:23

Bu gün Suriyanın Afrin şəhərində terrorçularla döyüşlərdə Türkiyə ordusunun beş hərbi qulluqçusu şəhid olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, fevralın 10-da keçirilən hərbi əməliyyatlar zamanı PYD, YPG və İŞİD terror qruplaşmalarının 15 yaraqlısı məhv edilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması nəticəsində iki pilot şəhid olmuşdu.

Ümumilikdə Türkiyə ordusu Afrində əməliyyat zamanı 21 hərbçisini itirib, bunun əvəzində isə 1141 terrorçunu zərərsizləşdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri